Reklam verin!
“ALLAH ÜÇÜN MÜSƏLMANLARIN BİR BİRİLƏRİNİ SEVMƏSI”

Möhtərəm Möminlər!

Sevgi Uca Allah (c.c)- ın biz qullarına verdiyi ən önəmli xüsusiyyətlərdən biridir. İnsanoğlu sevgi sayəsində özündə olan mənfi xüsusiyyətlərin qarşısına keçərək, çirkin davranışlardan uzaqlaşır və beləcə daha hüzurlu və firavan həyata adım atmış olur. Xütbəmizdə sizə bəhs edəcəyimiz sevgi, bu gün aramızda ən böyük çatışmamazlıqlardan bir olan “Allah üçün müsəlmanların bir birilərinin sevməsi” haqqında olacaqdır. Bildiyimiz kimi Allah üçün bəslənən sevgi, sevgilərin ən üstünüdür. Sevgili Peyğəmbərimiz (s.ə.s) bu barədə belə buyurmuşdur: “Allaha and içirəm ki, iman etmədikçə cənnətə girə bilməzsiniz. Bir –birinizi sevmədikçə də iman etmiş olmazsınız. Sizə yerinə yetirəcəyiniz təqdirdə bir-birinizi sevəcəyiniz bir şey söyləyim mi?” Aranızda salamı yayın. (Riyazüs- Salihin C. 1. Hd. N:379)

Əziz Möminlər!

Eşitdiyiniz  kimi bu hədisi şərif, cənnətə girmənin yollarından birinin, müsəlmanların bir-birilərini heç bir mənfəət gözləmədən sırf Allah rızası üçün sevmələri olduğuna bağlamışdır. O halda biz müsəlmanlar aramızda Allah sevgisini nə qədər yayarıqsa, düşmənliyin, kinin və mənfi davranışların da qarşısına o qədər keçmiş olarıq.

Bu haqda Rəsulullah (s.ə.s) Əfəndimizin başqa bir  hədisi şərifində də buyurulur:

 “Bir gün bir adam , başka kənddə yaşayan din qardaşını ziyarət etmək üçün yola çıxır. Allah Təala o adama  nəzarət etmək üçün onun gedəcəyi yola, bir mələyi vəzifələndirir. Adam mələyin yanına gəldikdə; Mələk: “Haraya gedirsən? deyə soruşur. Adam, bu yaxınlıqda bir din qardaşım var, onu ziyarətə gedirəm”-deyə cavab verir. Mələk;

 O adamdan əldə etmək istədiyin bir mənfəətmi var? deyə soruşdu. “Xeyr, mən onu sırf Allah rızası üçün sevirəm, onun üçün ziyarətinə gedirəm” cavabını verdi. Mələk cavabında, “Sən onu necə sevirsənsə Allah da səni elə sevir. Mən, bu xeyirli xəbəri vermək üçün Allah Talanın sənə göndərdiyi elçiyəm” . (Müslim, Birr 38)

 Əziz Müsəlmanlar!

Heç şüphəsiz ki, hər mömin Allah üçün sevilməlidir. Möminlərin hər biri, rəngi və ətri müxtəlif gül baxcasına ait güllərdir. Möminlər, bir-birini tamamlayan bir ailənin üzvləri kimidirlər.

 Peyğəmbərimiz (s.ə.s) “Allahın qulları arasında elə üstün kimsələr vardır ki, peyğəmbər deyillər, lakin peyğəmbərlər və şəhidlər onlara qibtə edəcəklər.” Bunu eşidən Əshab; “Ya Rəsulallah, onlar kimlərdir? Bərcə onlarla tanış olaraq onların duasını almış olarıq” dedilər. Peyğəmbərimiz (s.ə.s) “Onlar bir sülalədən qohum olmadıqları halda, sırf Allah üçün bir-birlərini sevənlərdir. Axirətdə nurdan minbərlər üzərində, üzləri də ay kimi parıldayacakdır. Hərkəsin qorxudan hüzün və kədərə boğulduğu o gündə, onlar nə  qorxacaqlar nə də kədərlənəcəklər”- dedikdən sonra Allahın Rəsulu bu ayəti oxudu: “Biləsiniz ki , Allahın dostlarına heç bir qorxu yoxdur. Onlar hüzünlənməyəcəklər də.” (Yunus, 10/62)

Ənəs İbni Mâlik (r.a) dan rəvayət olunan bir hədisi şərifdə də  belə buyrulur:

Peygəmbərimizin (s.ə.s) hüzürunda bir adam vardı. Başqa bir adam da onların yanından gəlib keçdi. Arxasından, Hz. Peygamberin (s.ə.s) huzurundaki kimsə:

– Ey Allahın Rəsûlü! Mən  gedən bu adamı Allah üçün sevirəm,  dedi. Peygəmbərimiz (s.ə.s):

– “Yaxşı bəs sən ona sevdiyini bildirdin mi?” buyurdu. Adam:

– Xeyr, Ya Rəsulullah (s.ə.s) dedi. Hz. Peygamber (s.ə.s):

– “O zaman ona sevdiyini bildir”, buyurdu.

Adam dərhal qalxıb o şəxsin arxasından yetişdi və:

– Mən  səni Allah için sevirəm, dedi. O da:

– Məni rızası üçün sevdiyin Allah da səni sevsin, cavabını verdi. 

 Əziz Möminlər!

Gördüyünüz kimi din qardaşını Allah üçün sevən kimsənin, ona bu sevgisini bildirməsini Peygəmberimiz (s.ə.s) həm sözləri ilə həm də tətbiqatılarıyla bizə tövsiyə etmişdir.

Əbû Hüreyrədən (r.a) rəvayət edildiyinə görə Rəsûlullah (s.ə.s) belə  buyurdu:

Heç şüphəsiz ki, Allah Təalâ qiyamət günü:

“Harada mənim rızâm üçün bir birlərini sevənlər? Kölgəmdən başka kölgənin olmadığı bu gündə, onları öz ərşımın gölgəsində gölgələndirəcəyəm” buyurdu. (Müslim, Birr 37. Ayrıca bk. Tirmizî, Zühd 53. )

Uca Allah bu sevdiklərimizin istiqamətində, öz sevgisinin aramızda yayılmasını, fərd və topluluq olaraq bir-birimizi heç bir qarşılıq gözləmədən, sırf Allah rızası üçün sevməyi nəsib eyləsin. Xütbəmə bir hədisi şərif ilə son vermək istəyirəm: “Din qardaşını sevən kimsə ona sevdiyini söyləsin.


Baxış sayı:106     Sayta qoyulub: Fevral 1, 2008 12:09; Xətib Vüqar Məmmədov  Şərhlər(1)

1
Murad-Xansu yazıb:

Esselamu alekum Allah sizden razi olsun ki bu sayti yaratmisiniz.Bol-bol oxumaq isteyirik amma elimizde imkan yoxdur NE ISE SAGOLUN

May 9, 2008 9:59

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha