EYİB AXTARMAQ
Əziz Müsəlmanlar!
Hər insanın cəmiyyətdə açıq bir zahiri həyatı, bir də şəxsinə aid başqaları tərəfindən bilinməməsini istədiyi xüsusi həyatı vardır. Cəmiyyətlə əlaqəli olan tərəfinin hər hansı gizliliyi mövzü bəhs deyildir. Fəqət xüsusi həyatı isə, adından da bilindiyi kimi gizlilik tələb edir. İnsan o hissəsini özü açıqlamadığı müddətcə başqalarının araşdırıb açığa çıxarması eyib sayılmaqdadır. Allah Təala müqəddəs kitabımız Qurani Kərimdə “Ey iman edənlər! Bir birinizin eyibini araşdırmayın”[1] ayəsi ilə eyibləri araşdırmanı, qadağan etmişdir. Bu ayə keçən “Eyib araşdırmayın” kəlməsini təfsir edən böyük təfsirçilərdən biri olan Kurtubi, bir hadisəni belə nəql etmişdir:
Bir şəxsin Mədinədə xəstə yatan bir bacısı vardı. Bir gün onu ziyarət etməyə getdiyi zaman bacısının artıq vəfat etdiyini görür. Bacısını dəfn edərkən çibində olan qızıl kisəsi xəbəri olmadan qəbrin içinə düşür. Daha sonra qızıl kisəsini itirdiyini fərq edən bu adam, həmin kisənin qəbrə düşdüyünü ehtimal edir. Beləliklə ailədən bəzilərinin köməyi ilə qəbri açdığı vaxt qəbirin içərisinin atəşələ dolu olduğunu görərək heyrətə gəlir və evə qayıdaraq anasından soruşur:
–Bacımın dünya ikən halı necə idi?-
Anası:
–Bacın namaz vaxtlarını çox gecikdirərdi. Bir də qonşular yatığı zaman qalxaraq onların qapılarına qulağını verib dinləyər və sirlərini ifşa edərdi- dedi.
Möhtərəm Möminlər!
Gördüyünüz kimi başqalarının eyibini araşdırmaq olduqca çirkin bir davranışdır.
Rəsulullah (s.ə.s) “Ey dili ilə iman edib qəlbən inanmayanlar, müsəlmanlara əziyyət etməyin, onların gizli tərəflərini araşdırmayın, Allah, müsəlman qardaşının gizli tərəfini araşdıranın gizlilliklərini ortaya çıxarar və Allah kimin eyibini açmaq istəyirsə, evinin içində olsa belə, onu hərkəsin yanında rüsvay edər ”[2] buyurmuş və bu pis əxlaqı adət edənlərin aqibətinin xoş olmayacağını bəyan etmişdir.
Bəli, möminə yaraşan, ancaq din qardaşının eyibini gördüyü zaman onu örtməkdir. Eyibi açmaq, hələ onu yaymaq heç uyğun deyildir. Həqiqi müsəlman əlindən və dilindən heç kimsənin zərər görmədiyi kimsədir. Həqiqi mömin ibadət və ixlası ilə Allaha qarşı, sünnətlərə tabe olmaqdla Rəsulə qarşı, nəzakət və ədəbilə də insanlara qarşı vəzifələrini yerinə yetirən kimsədir.
Əziz Müsəlmanlar!
Gəlin indi də bu günki xütbəmizin əsas mövzusu olan “Eyib və qüsur araşdırmaq” barəsidəki bir necə hədisi şərifə qulaq asaq.
“Bir birinizə həsəd etməyin, kin saxlamayın, başqalarının eyibini araşdırmayın, danışıqlarını dinləməyin, müştərini qızışdırmayın, Ey Allahın qulları! Qardaş olun.”[3]
“Başqalarının danışıqlarını dinləməyin, Eyiblərini araşdırmayın, bir birinizə qarşı övünüb təkəbbürlənməyin, bir birinizi qısqanmayın, kin saxlamayın, üz çevirməyin. Ey Allahın qulları! Allahın sizə əmr etdiyi kimi qardaş olun” [4]
“Bir şəxsə, müsəlman qardaşının xor görməsi pislik olaraq kifayət edər. Müsəlmanın hər şeyi, qanı, namusu, və malı digər müsəlmana haramdır.”[5]
Bir gün böyük sahabələrdən Abdullah ibn Məsud (r.a)-ın yanına saqqalından şərab damlayan bir adam gətirildi. Sərxoş olan bu adama ibn Məsud (r.a)-ın nəzər etməsini istədilər. Abdullah ibn Məsud (r.a) həmin adama çevrilib baxmağa belə ehtiyac duymamış, “bizə eyib və qüsur araşdırmaq qadağan edilmişdir” demişdir.
Əziz Möminlər!
Bu hadisədən də məlum olduğu kimi səhabələrin ən irəli gələnlərindən olan İbn Məsud (r.a) həmin şəxsin şərab damlayan saqqalına heç baxmamış, bunu lazımsız olan bir eyib axtarmaq olaraq dəyərləndirmiş və müsəlmanlara təcəsəsüsün yəni qüsur araşdırmağın Qurani-Kərim və sünnətlə qadağan edildiyini xatırlatmışdır.
Səhabei Kiramın təcəssüs xüsusundakı həssasiyyətini söyləyəçəyim bu hadisə nə gözəl ifadə etməkdədir.
Hz. Ömər (r.a) bir gecə şəhərin küçələrində gəzərkən bir evdən əyləncə, sevinc və şadlıq səsləri gəldiyinin şahidi olur. Evin divarından çıxaraq oradan bu mənzərəni seyr edir. Evdə olan ya bir səhabə və ya bir tabiin olmalıdır ki, bir qadın ilə şərab içərək əylənməkdəidilər. Ədalət timsalı olan Hz.Ömər (r.a) elə o an, hiddətlə qışqıraraq belə deyir:“Ey Allahın düşməni, sənin etdiyin bu hərəkəti Allahın cəzasız buraxacağınımı zənn etdin”. Həmin şəxs aşağıdan bu cavabı verir: Ey Ömər! , mən bir günah işləyirəmsə, sən üç günah işləyirsən. Əvvəla Quranın “Təcəssüs etməyin” yəni eyib axtarmayın, əmrinə baxmayaraq ona riayət etmirsən, sonrada sənə naməhrəm olan qarımı bu halı ilə görürsən! Allah evlərə qapılarından icazə alaraq girməyi əmr etdiyi halda sən evimə divardan girdin”. Hz.Ömər (r.a) bu dəhşətli cavabın qarşısında tez aşağı düşərək, yoluna davam edir.[6]
Bir az əvvəl oxuduğum hədisi şərifin təkrarıyla xütbəmə son verirəm.
“Bir birinizə həsəd etməyin, kin saxlamayın, başqalarının eyibini araşdırmayın, danışıqlarını dinləməyin, müştərini qızışdırmayın, Ey Allahın qulları! Qardaş olun.”
