Reklam verin!

ZAMAN İSRAFI

Möhtərəm Müsəlmanlar!

Həyat Allah Təalanın bütün canlılara yalnız bir dəfə istifadə etmək üçün bəxş etdiyi və müəyyən zamanla məhdud qıldığı son dərəcə qiymətli bir nemətdir. Zamanı ən layiq əməllərə sərf etmək şərtdir. Çünki həyatda hər an edə biləcəyimiz birdən çox iş vardır. Fəqət bunların o an üçün ən əhəmiyyətli olanlarını ön planda tutmaq və digərlərini də əhəmiyyət dərəcələrinə görə sıraya qoymaq, zamandan ən səmərəli şəkildə istifadə edə bilmək üçün diqqət ediləcək mühüm bir düsturdur. Məsələn; ananın övladına süd əmizdirməsi mərəhəmət və şəfqətin təcəllisi olan gözəl bir davranışdır. Ancaq evdə yanğın baş verərsə süd verməyə davam etməsi böyük bir səhlənkarlıq və vəbaldır. O əsnada bir qab su ilə də olsa yanğını söndürməyə çalışmalıdır. Çünki bu vəzifə digəri ilə müqayisədə daha çox həyati əhəmiyyət daşıyır. Əgər o anda səhlənkarlıq edərsə az bir müddətdən sonra özü də övladı da yanğında həlak olar. Eynilə bunun kimi günümüzdə də zamanın əhəmiyyətini nəzərə alaraq digər işlərdən daha çox Allahın dininə vaxt ayıtmaq bu xüsusdakı məsuliyyətimizdən irəli gəlir. Vaxtı ən gözəl şəkildə qiymətləndirən əshabi-kiram üçün həyatın ən zövqlü anları insanlara tövhid həqiqətini çatdırdıqları zamanlar idi. Edam edilmək üzrə olan bir səhabə özünə üç dəqiqə vaxt verən bədbəxtə təşəkkür etmiş və:

“-Demək ki, sənə haqqı təbliğ edə bilmək üçün üç dəqqəlik vaxtım var. Ümid edirəm ki, hidayətə gələrsən.”-demişdir.

Son dərəcə qiymətli bir sərmayə olan zamanı boş və əbəs şeylərlə israf etmək, axirət həyatını təhlükəyə atmaqdır. Bu səbəblə qəflət prədələrini qaldıra bilənlər üçün zaman heç bir şeylə müqəyisə edilməyəcək dərəcədə qiymətli bir nemətdir. Allah Təala Əsr surəsində buyurur: “And olsun zamana ki, insan ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyyə edən və səbri tövsiyyə edən kimsələrdən başqa!” (əl-Əsr, 103/1-3)

Allah Təala bəndələrinin zaman xüsusunda ziyandan qurtularaq ilahi lütüflərə nail ola bilmələri üçün də Peyğəmbərimizin timsalında bizlərə belə tövsiyyə edir: “(Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!) Və ancaq Rəbbinə yalvar! (əl-İnşirah, 94/ 7-8)

Əziz Möminlər!

Zaman Allahın qoyduğu qanun gərəyi durmadan axıb gedər. Dünya həyatında hər şeyi satın almaq və ya geri qaytarmaq az-çox mümkündür. Lakin keçib gedən zamanı geri qaytarmaq tamamən imkansızdır. Zamanın boşa xərclənməsi ən böyük peşmançılıq səbəblərin­dəndir. Allah Rəsulu (s.ə.s): “Cənnət əhli dünyada ikən yalnız Allahı zikr etmədən keçirdikləri anların həsrət və peşmançılığını çəkəcəklər!” (Heysəmi, X, 73-74) buyuraraq zamanın əbədi həyat sərmayəsi olacaq əməllərlə dəyərləndirilməsinin vacibliyini xatırlatmışdır. Çünki nemət əldən getdikdən sonra çəkilən peşmançılıq heç bir fayda verməz. O halda fürsət varkən həyatımızı saleh əməllərlə dəyərləndirmək məcburiyyətindəyik. Hər bir üzvün şükrünü layiqincə verməliyik. Həzrət Peyğəmbər (s.ə.s) möhtərəm xanımı Hafsa anamıza bu tövsiyəni etmişdir: “Ey Hafsa, çox danışmaqdan çəkin! Allahın zikri xaric, çox danışmaq qəlbi öldürür. Fəqət Allahı çox zikr et! Çünki bu, qəlbi dirildir.” (Əli əl-Müttəqi, I, 439/1896)

Allah təala iki xüsusa diqqət etməmiz üçün belə buyurur:

“Birinizin ölümü çatıb: "Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! - deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin.” (əl-Münafiqun, 63/10) Bu tənbehlərə baxmayaraq davam edən səhlənkarlıqların bir gün acı əzabla nəticələnəcəyi danılmaz həqiqətdir.

Bir adam dünyadakı bütün fani nemətlərə sahib olsa və səadət içində min il yaşasa nə fayda?! Son olaraq gedəcəyi yer üstünə basdığımız qara torpağın altı deyilmi?!

Həyat axar su kimi axıb getməkdədir. Məhdud olan fani ömrümüzün günləri qabı dolduran damlalara bənzəyir. Son nəfəsimizi verərkən acı dramımızı seyr etməmək üçün hər gün həyatımızın bitiş nöqtəsinə doğru irəlilədiyimizi, dünyadan bir gün daha uzaqlaşaraq qəbrə yaxınlaşdığımızı unutmamalıyıq. Əcəl anı məchul olduğu üçün hər an Əzrail (ə.s) ilə qarşılaşacağımızı yaddan çıxarmamalıyıq. Bu yerdə bir şair nə gözəl söyləmişdir:

O dəmdə ki pərdələr qalxar, pərdələr enər;

Əzrailə “xoş gəldin” deyə bilməkdir hünər!. 

Əziz Qardaşlar!

Allah Təala bizə Qurani-Kərimdə buyurduğu kimi yəqin (ölüm) gələnə qədər qulluq etməyi, israfdan uzaq bir ömür sürməyi və müsəlman olaraq can verə bilməyi nəsib etsin!


Baxış sayı:103     Sayta qoyulub: Fevral 15, 2008 9:06; Xətib Vüqar Məmmədov  Şərhlər(0)

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha