Reklam verin!
Yuma Ailə Jurnalı

Yas mərasimlərimiz və günümüzdəki qəbirstanlıqlar

Möhtərəm Möminlər!

Bu günkü xütbəmiz xalqımızın çox əhəmiyyət verdiyi adət ən-ənələrimiz, yas mərasimlərimiz və günümüzdəki qəbirstanlıqlardaki vəziyyətlərlə əlaqəli olacaqdır. Bildiyimiz kimi, yaxınlarımızdan və dostlarımızdan bir çoxu, indi axirət aləminin ilk dayanacağı olan qəbirlərdə bizləri gözləməkdədirlər.

Bir insanın, ölmuş olan yaxınlarını, dostlarını və sevdiklərini unutması, əlbətdəki asan deyildir. Bu, təbii olan sevgi və mərhəmətin bir işarəsidir. Bu haqda Ənəs bin Malik (r.a)-dən  gələn rəvayətə görə Peyğəmbərimiz (s.ə.s), can verməkdə olan oğlu İbrahimi qucağına alaraq öpmüş  və  mübarək gözlərindən yaşlar axıtmışdır. Bu hadisəni görən Abdurrahman bin Avf bu zaman belə demişdir:

“Səndəmi Ey Allahın Peyğəmbəri?” Buna cavab olaraq Allah Rəsulu (s.ə.s) belə buyurdu:

“Bu (göz yaşı) rəhmətdir, mərhəmətdir.... Göz ağlar, qəlb hüzünlənir. Biz də ancaq Rəbbimizin razı olacağını deyərik. İbrahim! Səndən ayrıldığımız üçün həqiqətən kədərliyik”.

Əziz Möminlər!

İslam aləmində, ölümü xatırlamaq və axirət aləmini düşünmək üçün qəbir ziyarətlərində iştirak etmək sünnətdir. Sevgili Peyğəməbirimiz (s.ə.s), qəbir ziyarətini tövsiyə etmiş və “Qəbirləri ziyarət edin, bu sizə axirəti xatırladar” buyurmuşdur. Bunun üçün dinimiz, qəbir ziyarətləri ilə ələqəli bəzi ölçülər qoymuşdur. Başlıca qəbir ziyarətlərində olarkən, tövhid inancına uyğun olmayan davranışlardan uzaq olmağımız  lazımdır. Qəbirstanlıqlara vəya türbələrə ziyarətə gedib oradaki ağaclara yaylıq, parça, əski və ya buna bənzər şeylər bağlamaq, daşını öpmək, bunlardan yardım istəmək kimi insanı küfrə aparan xürafələrdən uzaq durmaq lazımdır. Çünki bu cür hərəkətləri Peyğəmbərimiz nə etmiş nədə edilməsini xoş qarşılamışdır.

Əziz Müsəlmanlar!

Qəbir əvvəl-axır dağılıb torpağa qarışmalı olduğu üçün, onu bacardıqca sadə şəkildə düzəltmək lazımdır. Müasir dövrümüzdə yüksək məbləğdə vəsait xərcləyərək tikilən məzarlar qətiyyən doğru deyildir. Xalqımızın bu qədər ehtiyac içində yaşadığı bir dövrdə milyonların boş yerə xərclənməsi ən azı israf və günahdır. Qəbir daşlarının üzərinə meyitin həyatdakı fotoşəklinin nəqş edilməsi ədəbi xeyli çoxalmışdır. Bu, əslində bütpərəslik adətidir. Həmin iş, ölənə işğəncədən başqa bir şey deyildir. Lakin, məzarların başında bir daş, və ya ağac əkilə bilər. Həmin daşa və ya ağaca ya da qəbrin hər hansı bir yerinə qətiyyən ayə, şer, beyt, tərifli sözlər və buna bənzər şeylər yazmaq uyğun deyildir. Ancaq qəbrin itməsindən qorxulursa, kimə aid olduğu bilinsin deyə qəbirin baş tərəfinə əkilən ağac və daşa ölünün sadəcə adını və ölüm tarixini yazmaq olar. Həmin daşa və ya qəbrin hər hansı bir yerinə qətiyyən ayə, şer, beyt, tərifli sözlər yazmaq, ölümün fotoşəklini vurmaq doğru deyildir. Peyğəmbərimizin, qəbirlərin yerdən bir qarış yüksək olmasını  tövsiyə etdiyi rəvayət edilmişdir.

Əziz Camaatımız!

Yas mərasimlərimizə gəldikdə isə, günümüzdə bir çox yerdə qeyd edilən, vəfat etmiş şəxs üçün dəbdəbəli ehsan süfrələri təşkil etməyin,  yeddi, qırx, cümə axşamı, il kimi mərasimlər keçirməyin heç bir dini əsası yoxdur. Əksinə, hədislərdə bildirilir ki, ölən şəxsin yaxınlarının süfrə açmasının əvəzinə üç gün ərzində qohum-qonşuların həmin ailəyə yemək göndərməsi lazımdır. Çünki yas sahibləri onsuz da öz əzizlərinin vəfatından kədərlənib çaşqın vəziyyətə düşmüşlər. Bu azmış kimi, birdə maddi çətiniklərə düçar olub, borc-xərc hesabına ehsan məclisi təşkil etməyin heç bir mənası yoxdur və ölüyə də ölü sahibinə də heç bir savab qazandırmaz.

Təəssüflər olsun ki, bu mövzuda hər zaman camaatımıza xəbərdarlıq etsəkdə yenə bu cür gərəksiz adətlərə israrla davam edilməkdədir. Hz. Peyğəmbərimizin (s.ə.s) əmisi oğlu, Hz. Əlinin (ə.s) böyük qardaşı Cəfər b. Təyyar müharibədə şəhid olduqda, Peyğəmbərimiz (s.ə.s): “Cəfərin ailəsinə siz yemək göndərin. Çünki onlar yemək bişirə bilməyəcək bir vəziyyətə düşmüşlər” deyərək Cəfərin qonşularına onun ailəsi üçün, üç gün yemək bişirib göndərmələrini tapşırmışdır.

Hörmətli Camaatımız!

Çox təəssüf ki, dinimizin bu göstərişinə bu gün nadir hallarda əməl edilməkdədir. Nəticədə, yas sahibləri borc altına düşür, camaat içində təmtəraqlı ehsan məclisləri dəb halını alır, hamı bir-birindən əskik görünməmək üçün süfrəni daha da cazibələndirməyə çalışır. Əlbəttə ki, maddi vəziyyəti yüksək səviyyədə olan imkanlı şəxslərin öz vəfat etmiş qohumları üçün ehsan məclisləri təşkil etməsinin maneçiliyi yoxdur. Lakin ehsan məclislərinə ilk növbədə yeməyə ehtiyacı olan kasıb şəxslər dəvət edilməlidirlər. Məclis sahibi bişirdiyi yeməkdən öz qonşuluğunda yaşayan şikəst insanlara, köməksiz qocalara, dul qadınlara göndərməlidir ki, həm özü, həm də mərhumun ruhu savab qazansın. Hələ ölənin arxasından qadınların bağırıb-çığırması, saçını-başını yolması və dil deməsi, kişilərin ölünün qırxı çıxana qədər saqqal saxlaması kimi hallara bugünki yas mərasimlərimizdə daha çox raslatşırıq. Bu haqda Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Ölü üçün ağlayan saçını- başını yolan, qışqırıb bağıran və paltarını cıran kimsə bizdən deyildir.” Halbuki bütün bu adətlərin hamısı İslamdan əvvəlki cahiliyyə dövrü insanlarının adətlərindən olub, Peyğəmbərimiz (s.ə.s) tərəfindən qəti qadağan edilmişdir.

Əziz Müsəlmanlar!

Burada bunu da qeyd etmək lazımdır ki, bu kimi həqiqətlərin camaatımıza çatdırılmasında bizlərə və əlaxsus da günümüzdə yas məclisləri aparan din xadimlərinə çox iş düşməkdədir. Allah İslamı doğruanlayıb doğru yaşamağı cümləmizə nəsib etsin!


Baxış sayı:182     Sayta qoyulub: Fevral 22, 2008 10:49; Xətib Vüqar Məmmədov  Şərhlər(4)

1
ekrem yazıb:

Salam aleykum. Menim muselman qardashim. Allah senden razi olsun ki, bu cur xutbeleri yerleshdirirsen. Men senin xutbelerini bundan sonra beyendiklerimi oz blogumda derc edecem. Buna halalliq ver. Hemcinin senin bloguna kecid vermishem. Sende menim islam.azeriblog.com bloguma kecid versen sevinerem. Teshekkur edirem.

Mart 17, 2008 14:12

2

aleykum salam ekrem qardaşım. ilk olaraq ona demək istəyirəm ki, bizlerin yazmış oldugun bu xütbələri ilk olaraq oxuyan və şərh yazan sənsən. səni başda təbrik edirəm. halallıq istəmisən bizdən. haqqımız halal olsun, bunun üçün də narahat olma. xütbələrimizdən inşallah oxu, faydalan və ən əsası bizim üçün dua et . bu bizə yetər. selamun aleykum. hörmetle . vuqar məmmədov. şəki şəhəri.

Aprel 3, 2008 17:40

3
binali yazıb:

Vuqar hocam teşekkür edirem xütbelerden ötrü. Allah çalışmalarınızın davamını getirsin...

Aprel 8, 2008 16:29

4
seymur yazıb:

Vukar abi salamun aleykum necesen Allah razi olsun yeni xutbelerinizi gozleyirik insallah

Oktyabr 3, 2008 11:58

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha