Reklam verin!

Allah Rəsulunun (s.ə.s) bir yuxusu

Çox hörmətli camaatımız!

Bu gün sizə Peyğəmbər Əfəndimiz (s.ə.s) –in bir yuxusunu danışmağa calışacağam. Yuxunu sizlərə  danışmadan əvvəl onuda nəzərinizə çatdırmaq istəyirəm ki, Peyğəmbərimiz (s.ə.s)-in  gördüyü bu yuxu, bizim görmüş olduğumuz yuxulara bənzəməz və əsla heyakə də deyildir. Bu yuxuda bizim üçün ibrət alınacaq bir çox dərslər vardır. 

Ən böyük hədis kitablarından biri olan, Buxarinin rəvayətinə görə səhabələrdən Səmurə bin Cündəb (r.a) belə demişdir: Rəsulullah (s.ə.s) bir səhər bizə: Bu gecə yuxumda mənə hər zaman gələn iki mələk “Cəbrail” ilə “Mikayıl” gələrək: “Qalx! Ey Mühəmməd, gedirik” dedilər. Məndə onlarla bərabər getməyə başladım.

İlk olaraq yanı üstə yatmış bir adamın yanına gəlib çatdıq. Əlində bir qaya parçası olan başka bir adam da, yanı üstə yatan adamın başına, əlindəki qaya parçasını vuraraq, onun başını yarırdı. Adamın  baş nahiyəsinə şiddətli bir zərbə ilə vurulan daş, yuvarlanıb gedərkən, həmin adam daşı gedib gətirənə qədər, yaralının başı sağalaraq əvvəlki halına dönürdü. Adam əvvəl etdiklərinin eynisini təkrarlayırdı. Mən bu mələklərə: sübhanəllah, bu nə haldır? dedim. Onlar: Heç soruşma, iləri get ! dedilər.

İlərlədikdə bu səfərdə arxası üstə yatmış bir adamın yanına gəlib catdıq. Bu adamında başı üstündə əlində dəmirdən çəngəl olan bir başqası dururdu. Bu adam, yatan adamın bir tərəfinə keçərək əlindəki çəngəllə, həmin adamın burnundan boynun arxasına qədər olan hissəsini parçalayırdı. Sonra obiri tərəfinə keçərək, o tərəfini də eyni şəkildə parçalayırdı. Bir tərəfin işini bitirmədən, daha əvvəl yardığı tərəf əvvəlki halına gələrək sağalırdı. Sonra əvvəlki tərəfə  dönüb birinci dəfə etdiyini təkrar edirdi. Mən: sübhanəllah, bu nədir? dediyimdə. Onlar: Heç soruşma, iləri get Ey Mühəmməd! dedilər.

Təndir  kimi altı geniş, üstü dar bir quyuya catdıq. Bu quyunun dibində alov yanırdı. Alov yüksəldikcə içindəki insanlar da yüksəlir, hətta quyunun ağzından  çıxmağa yaxınlaşırdılar. Alov sakitləşəndə də aşağı düşürdülər. Burada Peyğəmbərimiz (s.ə.s) yuxusunu danışmağa belə davam etdi. Orada nə dedikləri başa düşünülməyən qışqırıqlar, fəryadlar bir birinə qarışmışdı. Biz qışqıranların içində bir çox çılpaq kişi və çılpaq qadınların olduğunu hiss etdik. Mən bu iki mələyə: Bunlar kimdir? diyə soruşduğumda mələklər yenə mənə: heç soruşma, iləri get! dedilər.

İrəli getdik. Nəhayət  qarşımıza içi qanla dolu bir çay çıxdı. Bir adam həmin çayın içində boğulmaq üzrə idi. Çayın kənarında da qarşısına daşlar yığmış  başka bir adam var idi. Çayın içində boğulmaqda olan adam, sahilə yönəlib oradan çıxmaq istəyincə, sahildəki adam, onun ağzına bir daş atıb əvvəlki yerinə qovurdu. Çıxmaq üçün sahilə hər gəldiyində sahilin kənarında olan həmin şəxs, dərhal onun ağzına bir daş atırdı. O da, uzaqlaşdıgca uzaqlaşırdı. Mən, o iki mələyə: Bu iki adamın halı nədir? dedim. Onlar mənə: heç soruşma, irəli get! dedilər.

  İrəli getməyə davam etdik. Çox çirkin bir adamın yanına gəlib çatdıq. Çirkin gördüyünüz adamların ən çirkini deyə bilərsiniz. Himayəsində bir alov vardı. Həmin alovu dayanmadan yandırır və ətrafında fırlanırdı. Mən o iki mələyə: bu adamın halı nədir? dedim. Onlar mənə: heç soruşma, irəli, dedilər!

İrəliyə doğru hərəkət etməyə davam etdik. İçərisində hər cür çicək olan; sıx və uzun bitkilərlə bürünmüş bir bağçaya gəldik. Bağçanın ortasında uzun boylu bir adam var idi. Səmayə doğru uzanan boyunun uzunluğundan, başını görə bilmədim. Bu adamın ətrafında bir çox uşaq vardı ki, bu vaxta kimi o qədər uşağı bir arada görməmişdim. Mən: bu adam və uşaqlar kimlərdir? diyə soruşdum. Onlar mənə: heç soruşma irəli get! dedilər. İrəlilədikdə böyük bir ağacla rastlaşdıq ki, ondan da böyük və daha gözəl ağac görməmişdim. Mənə: buraya çıx, yəni buraya dırmaş! dedilər. Birlikdə o ağaçda olan bir şəhərə doğru çıxdıq. O şəhərin binaları qızıl və gümüş kərpiçlərdən tikilmişdi. Şəhərin qapısına gəldikdə, qapının açılmasını istədik. Qapı vəzifəli şəxslər tərəfindən açıldı. Bizdə içəri daxil olduq. Bizi bəzi adamlar qarşıladı. Onların vücudlarının yarısı, sizin gördüyünüz şeylərin ən gözəli, diğər yarısı da sizin gördüyünüz şeylərin ən çirkininə bənzəyirdi. Yanımdakı o iki mələk bu kimsələrə:

Gedin, və bu çaya girin!- deyərək onlara ətrafda olan  bir çayı göstərdilər. Baxdım ki, eninə axmaqda olan bir cay, suyuda süt kimi ağappaq. Onlar gedib göstərilən çaya girdilər. Sonra çıxıb bizə gəldiklərində çirkinliklərindən əsər əlamət qalmamışdı. Peğəmbərimiz (s.ə.s) sözlərinə belə davam etdi. Məni götürən o iki mələk: bura Adn cənnətidir, bura da sənin evindir. Başımı qaldırıb baxdım, birdə nə görsəm yaxşıdır; ağ buluda bənzəyən bir köşk. Bax buda sənin evindir, dedilər. Mən o iki mələyə:  Allah sizə xeyirlər versin, icazə verin mən oraya girim dediyimdə: xeyr, indi deyil! Sən oraya daha sonra, yəni öldükdən sonra girəcəksən, dedilər. Bunun üzərinə mən: bu gecə boyunca heyrət verici çox şeylərlə qarşılaşdım. Gördüklərimi mənə izah edərsinizmi?- deyə soruşduğumda: İndi izah edərik, deyərək izah etməyə başladılar.

İlk əvvəl qarşına çıxan, başı daşla vurulan adam Quranı bildiyi halda onu tərk edən və fərz namazın vaxtını yuxu ilə keçirən kimsədir.

Burnundan boynunun arxasına qədər yarılan adam da, evindən çıxaraq ətrafa yalan yayan kimsədir.

Təndirin içərisində olan çılpaq kişi və qadınlar isə, dünyada ikən zina edən kişi və qadınlardır.

Çayda boğulubda səhraya çıxmaq istəyən adam, faiz yiyən kimsədir.

Ətrafındakı atəşi davamlı yandırıb, onun ətrafında dolanan çirkin görünən kimsə də, cəhənnəmin qoruyucusu Malikdir.

Bağçadakı uzun boylu adam, İbrahim (ə.s)-dır. Ətrafındakı uşaqlar da İslam fitrəti üzrə ölən kiçik uşaqlardır.

Vücudlarının yarısı gözəl, yarısı çirkin olan adamlara gəlincə, onlar da gözəl  işləri ilə pis işləri bir-birinə qarışan kimsələrdir. Allah onları bağışlamışdır- dedikdən sonra Allahın Rəsulu (s.ə.s) beləcə ona diqqətlə qulaq asan əshabına, yuxusunun  bitdiyini bildirdi.

Bəli, Əziz Möminlər! Sizə, bizim üçün ibrət qaynağı olan  bir peyğəmbər yuxusunu danışdıqdan sonra xütbəmə məndə son vermək istəyirəm.


Baxış sayı:161     Sayta qoyulub: Mart 28, 2008 14:00; Xətib Vüqar Məmmədov  Şərhlər(3)

1
Murad yazıb:

Əssəlamu aleykum mən mədrəsə tələbələrindən olan Murad xutbeleriniz çox gözel ALLAH sizlerden razı olsun

Aprel 5, 2008 19:20

2
ilqar yazıb:

teshekkur edirik

Aprel 9, 2008 10:49

3
Ferid yazıb:

Selamun Aleykum sizin bu saytiniz chox xoshuma geldi> beli saytin mene cox faydasi oldu

May 2, 2008 15:32

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha