BUGÜNKÜ HALIMIZ
Həmd, şübhəsiz ki, Aləmlərin Rəbbi olan Allaha məxsusdur! Peyğəmbərə, ailəsinə, sahəbələrinə və Qiyamət gününə qədər onları özlərinə dost tutanlara Allahın salamı olsun!
Möhtərəm Möminlər!
Əsirlərcə bütün dünyaya hakim olan, bütün dünyaya ədalət, elm və mədəniyyət yayan müsəlmanlar bu gün bir əzilmə və yıxılma dövrü keçirməkdədirlər. Çox böyük təəsüflə qeyd etməmiz lazımdır ki, bu gün müsəlmanlar, neçə əsirlər boyu dünyaya hakim olmaga səbəb olan müqəddəs dəyərlərə arxa cevirmişlər. Allahu Azimuşşanın insanlıgı qurtarmaq ücün göndərdiyi şərəfli dinimiz İslama arxa çevirmişlər. İnsanlığın bataqlıqdan çıxarılmsı üçün göndərildiyi Hz. Qur’ana arxa çevirmişlər. Müsəlmanlar bu müqəddəs dəyərlərə arxa çevirməyə başladıqları andan etibarən, əzilməyə və yıxılmağa başlamışdır.
Əziz möminlər!
Bu qısa girişdən sonra müsəlmanların bu gün əzilərək, pərişan halına gəlməsinin səbəbini daha geniş açıqlamağa çalışaçagıq.
Bu gün müsəlmanlar nə yazıq ki, qəlblərindəki imanı və İslamı həyacanlarını itirmişlər. Allaha təslim olma xususunda həyacanlarını itirmişlər. İslamı öyrənmək və öyrətmək xususunda həyacanlarını itirmişlər. Gəlin bunları ehtiraf edək!
Bütün bunlardan sonra Rəsulu Əkrəm (səs)-in “Allah bu Qur’anla əməl edən qövmləri yüksəldir, onun izindən getməyənləri isə alçaldır” bəyanında bildirildiyi kimi Qur’ana sahib çıxmayan, ona əməl etməyən müsəlmanların çöküşü başlamışdır.
Bu çöküş səbəbiylədir ki, Qur’an və kainat bir- birindən qoparılmışdır. Din və dünya bir-birindən ayrılmışdır. Quran -haşa – sadəcə hüzün mərasimlərdə xatırlanan, oxunan bir kitab halına gəlmişdir...
Qur’an müsəlmanlardan uzaqlaşdıqca, müsəlmanlar da Qur’andan qopduqca, yanacağı qurtarmış bir mühərrik kimi dayanmışdır. Bizi yaradan Uca Rəbbimiz hər birimizin bir yerdə olmağımızı və Onun dinindən möhkəm tutmağımızı, müqəddəs kitabımız Qurani Kərim belə ifadə etməkdədir`: «Hamınız bir yerdə Allahın ipindən (dinindən möhkəm) yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz.
Siz oddan olan bir uçurumun kənarında ikən, O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!» (Ali İmran 103)
Əziz Möminlər!
Elə isə gəlin bu ayəti dinlədikdən sonra günümüzə nəzər salaq.
Günümüzdə Allaha inanmayanlar, yerdən idarə olunan təyyarələrlə körpələrimizi bombardman edərkən, biz hələ də kiçik bir qüsurdan ötrü bir-birmizə düşman kəsilməkdəyik. Dünya, kosmosda stansiyalar qurmaqdan danışırkən, bizlər hələ də məzhəblərarası münaqişələr edərək, bir–birimizdən ayrılmaqdayıq. Başqa xalqlar nüvə silahına sahib olarkən, biz hələ də ixtilaflı mövzularla bir- birimizlə mübahisə etməkdəyik. Müsəlmanlar əvvəllər bütün dünyaya hakim olduğu halda, indi dünyalıq mallarını artırmaq üçün kredit, faiz və digər haram yollarla qazanc əldə etmək üçün bir-biriləri ilə yarışmaqdadırlar. Qərb aləmi bizim kitabımız olan Quranı bizdən daha çox oxuyub incələyək bu günki kəşflərə nail olduqları halda, bizim gənclərimiz cürbəcür kafelərdə, cayxanalarda namazdan niyazdan uzaq bir halda vaxtlarını keçirməkdədirlər. Bu gün inşaf etmiş ölkələr bir-birləriyilə elimdə yarışdıqları halda biz müsəlmanlar televizya kanallarında onların hazırladıqları ,dinimizə uyğun olmayan seriyallara saatlarla vaxt ayırmaqdayıq. Namaz mövzusuna gələndə isə “İşim buna imkan vermir, gənclərdə; dərsim var, müəllim yanına gedirəm, əsas odur ki, ürəyin təmiz olsun kimi ” minbir bəhanələrlə özümüzü aldatmaqdayıq. Bəli, bütün bunların nəticəsidir ki, dünyada baş verən hər cür mənfi hadisədə müsəlmanların adı hallandırılır, bütün mənfi davranışlar müsəlmanlara şamil edilir.
Hörmətli camaatımız!
Müsəlmanların bu gün ki, vəziyyətə düşməsinin bir başqa səbəbi isə budur:
Əsirlərcə dünyaya yön verən müsəlmanlar, aralarında birlik və bərabərliyi təmin edirdilər. Qur’anında, Peyğəmbərimizin də əmr etdiyi kimi bir-birlərini sevir və hörmət göstərirdilər.
Nə zaman ki, müsəlmanlar aralarındakı sevgi və hörməti qaldırdılar, qardaşlıq duyğularını yox etdilər, bölündülər, qruplara ayrıldılar, “sən–mən” davasına başladılar, məhz o zaman atəşə atılan bir buz parçası kimi əridilər.
Bütün bu dediklərimiz müsəlmanların bu hala düşmələrinin əsas səbəbləridir.
Bu səbəblə, müsəlmanları yenidən diriltmək, yenidən canlandırmaq üçün onları yenidən İslama döndərmək, Qur’ana döndərmək, Hz. Muhamməd (səs)-ə döndərmək lazımdır. Bütün bunlar olmadan dirilmə və canlanma olmayacaqdır.
O halda fürsəti əldən vermədən, Əzrail qapımızı döymədən, rənglərimiz solmadan, nəfəslərimiz tükənmədən Allaha təslim olaq. İslama sahib çıxaq. İslamı özümüzdə və ailəmizdə tətbiq edək. O İslam ki, bizi və bütün insanlığı qurtarmaq üçün gəlmişdir.
Allahın son elçisi Hz. Muhamməd (səs)-in sünnətinə sarılaq. Onun fəzilət baxçasından güllər toplayaq. Onun əxlaqı ilə bəzənək. O Allah Rəsulu ki, iyirmi üç il gecə və gündüz demədən, bitib tükənmək bilməyən bir əzmlə insanlığı qurtarmağa çalışmışdır. Onun qurtarıcı səsini eşidək və əməl edək. Məhz o zaman bu günki, bu pərişan halımızdan qurtulub əvvəlki, o şərəfli halımıza dönə bilərik. Allah bu istiqamətdə hər birimizin yardımcısı olsun.
