Reklam verin!
Yuma Ailə Jurnalı

Həmd, şübhəsiz ki, Aləmlərin Rəbbi olan Allaha məxsusdur! Peyğəmbərə, ailəsinə, sahəbələrinə və Qiyamət gününə qədər onları özlərinə dost tutanlara Allahın salamı  olsun!

Möhtərəm Möminlər!

Əsirlərcə bütün dünyaya hakim olan, bütün dünyaya ədalət, elm və mədəniyyət  yayan müsəlmanlar bu gün bir əzilmə və yıxılma dövrü keçirməkdədirlər. Çox böyük təəsüflə qeyd etməmiz lazımdır ki, bu gün müsəlmanlar, neçə əsirlər boyu dünyaya hakim olmaga səbəb olan müqəddəs dəyərlərə arxa cevirmişlər. Allahu Azimuşşanın insanlıgı qurtarmaq ücün göndərdiyi  şərəfli dinimiz İslama arxa çevirmişlər. İnsanlığın bataqlıqdan çıxarılmsı  üçün göndərildiyi Hz. Qur’ana arxa çevirmişlər. Müsəlmanlar bu müqəddəs dəyərlərə arxa çevirməyə başladıqları andan etibarən, əzilməyə və yıxılmağa başlamışdır.

Davamı...
Baxış sayı:92     Tarix: May 2, 2008 14:00, Xətib: Vüqar Məmmədov,   Şərhlər(0)

Bu gün sizə Peyğəmbər Əfəndimiz (s.ə.s) –in bir yuxusunu danışmağa calışacağam. Yuxunu sizlərə  danışmadan əvvəl onuda nəzərinizə çatdırmaq istəyirəm ki, Peyğəmbərimiz (s.ə.s)-in  gördüyü bu yuxu, bizim görmüş olduğumuz yuxulara bənzəməz və əsla heyakə də deyildir. Bu yuxuda bizim üçün ibrət alınacaq bir çox dərslər vardır.

Ən böyük hədis kitablarından biri olan, Buxarinin rəvayətinə görə səhabələrdən Səmurə bin Cündəb (r.a) belə demişdir: Rəsulullah (s.ə.s) bir səhər bizə: Bu gecə yuxumda mənə hər zaman gələn iki mələk “Cəbrail” ilə “Mikayıl” gələrək: “Qalx! Ey Mühəmməd, gedirik” dedilər. Məndə onlarla bərabər getməyə başladım.

Davamı...
Baxış sayı:162     Tarix: Mart 28, 2008 14:00, Xətib: Vüqar Məmmədov,   Şərhlər(3)

Bu günkü xütbəmiz, yenə adət-ənənələrimizdən biri olan “toy məclisləri” haqqında olacaqdır. Bildiyimiz kimi İslam dini hər bir məsələdə olduğu kimi, ailə qurmaq məsələsində də dəqiq qaydalar qoymuşdur. Ancaq cəmiyyətimiz içərisində İslamın qoyduğu qayda-qanunları arxa plana atıb İslama zid olan adət-ənənələri ön plana çıxararaq yaşatmağa çalışanlar var. Təəssüflər olsun ki, toy mərasimlərimizdə də bu vəziyyət özünü göstərməkdədir. Bu kimi hallar dinimizlə tamamən ziddir. Bütün davranışlarında ölçülü və dininə bağlı olması lazım olan hər bir müsəlman, evlənərkən və toy edərkən də eyni xüsusiyyətini qorumalı, beləliklə israfdan, həddi aşmaqdan və dini cəhətdən uyğun olmayan əyləncələrdən uzaq olmalıdır. Çünki bu kimi mərasimlər dəbdəbə ilə keçirildiyində maddi çətinliklərə, gərəksiz borc-xərcə və dinimizə zid olan görüntülərə səbəb olur. Bu da başqalarında qibtə hissi yaradaraq, maddi vəziyyəti nisbətən aşağı səviyyədə olan ailələrin xəcalət çəkməsinə gətirib çıxarır. Sevgili Peyğəmbərimiz (s.ə.s)-də bu barədə “Evliliyin ən xeyirlisi, rahat və sadə olanıdır” (Əbu Davud, Nikah, 32) buyurmuşdur. Peyğəmbərimizin (s.ə.s)-in Aişə anamızla evlənməsi çox sadə olmuş və bunu özlərinə nümunə götürən müsəlmanlar, evlənərkən etdikləri lazımsız xərcləri tərk etmişlər.

Davamı...
Baxış sayı:155     Tarix: Fevral 29, 2008 15:04, Xətib: Vüqar Məmmədov,   Şərhlər(2)

Bu günkü xütbəmiz xalqımızın çox əhəmiyyət verdiyi adət ən-ənələrimiz, yas mərasimlərimiz və günümüzdəki qəbirstanlıqlardaki vəziyyətlərlə əlaqəli olacaqdır. Bildiyimiz kimi, yaxınlarımızdan və dostlarımızdan bir çoxu, indi axirət aləminin ilk dayanacağı olan qəbirlərdə bizləri gözləməkdədirlər.

Davamı...
Baxış sayı:183     Tarix: Fevral 22, 2008 10:49, Xətib: Vüqar Məmmədov,   Şərhlər(4)

Həyat Allah Təalanın bütün canlılara yalnız bir dəfə istifadə etmək üçün bəxş etdiyi və müəyyən zamanla məhdud qıldığı son dərəcə qiymətli bir nemətdir. Zamanı ən layiq əməllərə sərf etmək şərtdir. Çünki həyatda hər an edə biləcəyimiz birdən çox iş vardır. Fəqət bunların o an üçün ən əhəmiyyətli olanlarını ön planda tutmaq və digərlərini də əhəmiyyət dərəcələrinə görə sıraya qoymaq, zamandan ən səmərəli şəkildə istifadə edə bilmək üçün diqqət ediləcək mühüm bir düsturdur. Məsələn; ananın övladına süd əmizdirməsi mərəhəmət və şəfqətin təcəllisi olan gözəl bir davranışdır. Ancaq evdə yanğın baş verərsə süd verməyə davam etməsi böyük bir səhlənkarlıq və vəbaldır. O əsnada bir qab su ilə də olsa yanğını söndürməyə çalışmalıdır. Çünki bu vəzifə digəri ilə müqayisədə daha çox həyati əhəmiyyət daşıyır. Əgər o anda səhlənkarlıq edərsə az bir müddətdən sonra özü də övladı da yanğında həlak olar.

Davamı...
Baxış sayı:104     Tarix: Fevral 15, 2008 9:06, Xətib: Vüqar Məmmədov,   Şərhlər(0)
Hər insanın cəmiyyətdə açıq bir zahiri həyatı, bir də şəxsinə aid başqaları tərəfindən bilinməməsini istədiyi xüsusi həyatı vardır. Cəmiyyətlə əlaqəli olan tərəfinin hər hansı gizliliyi mövzü bəhs deyildir. Fəqət xüsusi həyatı isə, adından da bilindiyi kimi gizlilik tələb edir. İnsan o hissəsini özü açıqlamadığı müddətcə başqalarının araşdırıb açığa çıxarması eyib sayılmaqdadır. Allah Təala müqəddəs kitabımız Qurani Kərimdə “Ey iman edənlər! Bir birinizin eyibini araşdırmayın” ayəsi ilə eyibləri araşdırmanı, qadağan etmişdir. Bu ayə keçən “Eyib araşdırmayın” kəlməsini təfsir edən böyük təfsirçilərdən biri olan Kurtubi,  bir hadisəni belə nəql etmişdir:
Davamı...
Baxış sayı:128     Tarix: Fevral 8, 2008 15:55, Xətib: Vüqar Məmmədov,   Şərhlər(0)
Sevgi Uca Allah (c.c)- ın biz qullarına verdiyi ən önəmli xüsusiyyətlərdən biridir. İnsanoğlu sevgi sayəsində özündə olan mənfi xüsusiyyətlərin qarşısına keçərək, çirkin davranışlardan uzaqlaşır və beləcə daha hüzurlu və firavan həyata adım atmış olur. Xütbəmizdə sizə bəhs edəcəyimiz sevgi, bu gün aramızda ən böyük çatışmamazlıqlardan bir olan “Allah üçün müsəlmanların bir birilərinin sevməsi” haqqında olacaqdır. Bildiyimiz kimi Allah üçün bəslənən sevgi, sevgilərin ən üstünüdür. Sevgili Peyğəmbərimiz (s.ə.s) bu barədə belə buyurmuşdur: “Allaha and içirəm ki, iman etmədikçə cənnətə girə bilməzsiniz. Bir –birinizi sevmədikçə də iman etmiş olmazsınız. Sizə yerinə yetirəcəyiniz təqdirdə bir-birinizi sevəcəyiniz bir şey söyləyim mi?” Aranızda salamı yayın. (Riyazüs- Salihin C. 1. Hd. N:379)
Davamı...
Baxış sayı:156     Tarix: Fevral 1, 2008 12:09, Xətib: Vüqar Məmmədov,   Şərhlər(1)

  Yazılar cəmi: 7