Həyat Allah Təalanın bütün canlılara yalnız bir dəfə istifadə etmək üçün bəxş etdiyi və müəyyən zamanla məhdud qıldığı son dərəcə qiymətli bir nemətdir. Zamanı ən layiq əməllərə sərf etmək şərtdir. Çünki həyatda hər an edə biləcəyimiz birdən çox iş vardır. Fəqət bunların o an üçün ən əhəmiyyətli olanlarını ön planda tutmaq və digərlərini də əhəmiyyət dərəcələrinə görə sıraya qoymaq, zamandan ən səmərəli şəkildə istifadə edə bilmək üçün diqqət ediləcək mühüm bir düsturdur. Məsələn; ananın övladına süd əmizdirməsi mərəhəmət və şəfqətin təcəllisi olan gözəl bir davranışdır. Ancaq evdə yanğın baş verərsə süd verməyə davam etməsi böyük bir səhlənkarlıq və vəbaldır. O əsnada bir qab su ilə də olsa yanğını söndürməyə çalışmalıdır. Çünki bu vəzifə digəri ilə müqayisədə daha çox həyati əhəmiyyət daşıyır. Əgər o anda səhlənkarlıq edərsə az bir müddətdən sonra özü də övladı da yanğında həlak olar.
Davamı...